Bu gün yerli vaxtla saat 19:10-da Türkiyənin Kilis şəhəri Suriya ərazisindən yenidən raket atəşinə tutulub.
İki mərmi Kilis şəhərinin mərkəzinə düşüb.
Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.
Qeyd edək ki, yanvarın 18-dən etibarən raket zərbələri nəticəsində Kilis şəhərində 19 nəfər ölüb./apa
7news.Az








