RU
00:27
323

"Suriyanı bombalamaq vaxtıdır" - Devid Kemeron

"İndi Suriyada hava əməliyyatlarına başlamağın əsl vaxtıdır".

Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkə parlamentinə müraciətində Suriya böhranı ilə bağlı maraqlı açıqlamalar verib. İŞİD terror qruplaşmasının britaniyalılar üçün də təhlükəyə çevrildiyini xatırladan hökumət başçısı, parlamentarilərdən ordunun Suriyada əməliyyatlara başlamasını təsdiqləməyi tələb edib:

"Bizim təhlükəsizliyimizi müttəfiqlərimizin təmin etməsini gözləyə bilmərik. Onlar bizim ən yaxın dostumuzdur və bizdən kömək istəyiblər. Tərəfdaşımız olan Fransanın terrora məruz qaldığı bir vaxtda da İŞİD-ə qarşı əməliyyata başlamasaq, bəs nə zaman başlayacağıq?!"

Qeyd edək ki, 2013-cü ildə oxşar tələb parlamentdə səsə çıxarılsa da, Kemeron dəstək qazana bilməmişdi. Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hücumlarından sonra Britaniyanın da İŞİD-ə qarşı aktiv müharibəyə başlayacağı gözlənilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ