RU
Suriyaya zərbələr endirən Tramp Rusiyaya müraciət etdi
10:40
685

Suriyaya zərbələr endirən Tramp Rusiyaya müraciət etdi

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriyaya zərbələrin başlaması barədə çıxışı zamanı həmçinin Rusiyaya müraciət edib.

7news.Az-ın məlumatına görə, çıxışın yayımını NBC News aparıb.

"2013-cü ildə prezident Putin və onun hökuməti dünyaya vəd edirdilər ki, Suriya kimyəvi silahının ləğvinə zəmanət verirlər”, - deyə, Tramp bildirib.

Lakin onun rəyinə görə, silah məhv edilməyib.

"Əsədin bir neçə gün əvvəlki hücumu və bugünkü cavab (ABŞ-ın zərbələri – red.) – Rusiyanın vədinə əməl etməməsinin nəticəsidir. Rusiya qərara gəlməlidir: qaranlıq yolla getməkdə davam edəcək yoxsa bütün sivil ölkələrlə birgə sabitlik və sülhə dəstək olacaq”, - deyə, Tramp bildirib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ