RU
Sürpriz olmayacaq: sorğu Trampın tərəfdarlarını sakitləşdirdi
16:46
335

Sürpriz olmayacaq: sorğu Trampın tərəfdarlarını sakitləşdirdi

ABŞ-da seçilmiş nümayəndələri Donald Trampın namizədliyini dəstəkləməyə hazırdır.

Bu haqda "The Associated Press” agentliyi bildirib.

Agentlik 538 nümayəndənin hamısı ilə əlaqə saxlamağa çalışıb və 330-dan çoxunun fikrini soruşub. Respublikaçı nümayəndələr bildiriblər ki, son həftələr xeyli insan onları Tramp dəstəkləməməyə çağırıb. Sorğunun yalnız bir respublikaçı iştirakçısı Tramp üçün səs verməyəcəyini deyib.

Beləliklə, agentlik qeyd edir ki, Tramp səsvermənin nəticəsi üçün narahat olmaya bilər.

Qeyd edək ki, 538 nəfərdən ibarət olan Seçicilər Kollegiyası bu gün rəsmən ABŞ-dakı prezident seçkilərinin nəticələrini təsdiq etməlidir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ