ABŞ-ın Nyu-York şəhərində sürücü avtomobili səkidəki insanların üzərinə sürüb.
Bu barədə NBC kanalı məlumat yayıb.
Məlumata əsasən, insident yerli vaxtla 17.30-da (Bakı vaxtı ilə 01.30-da) qeydə alınıb. Şahidlərin sözlərinə görə, hadisə zamanı yaşıl işiq yanırmış. Qəza nəticəsində 3 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Polis faktı bədbəxt hadisə kimi araşdırır. Belə ki, ilkin məlumata əsasən hadisə qaz pedalında yaranan nasazlıq səbəbindən baş verib./qafqazinfo
7news.Az








