Yaponiyanın paytaxtı Tokioda sürücü avtomobili piyada keçidindəki insan kütləsinin üstünə sürüb.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 6 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən 52 yaşlı sürücünü tutublar. O, polisə ifadəsində qaz və əyləcin yerini səhv saldığını, nəticədə qəza baş verdiyini deyib.
7news.Az







