Nəzarətdən çıxan yük maşını az qala 4 nəfərin həyatına son qoyacaqdı.
İzləyənləri dəhşətə gətirən görüntülər Çinin Dzianqsu vilayətində qeydə alınıb. Ötmə əməliyyatı gerçəkləşdirərkən sürücünün nəzarətindən çıxan yük maşını, yol kənarnda dayanan motosiklet sürücülərinin həyatını təhlükəyə atıb.
Yol ayrıcındakı müşahidə kameralarına düşən görüntülərdə, yüksək sürətlə döngəyə girən yük maşının 4 nəfəri vurduğu öz əksini tapır. Nəzarətdən çıxan nəqliyyat vasitəsi əks istiqamətə sürüşdüyündən sakinlər yük maşınının altında qalmaqdan xilas olub.
Zərərçəkənlərdən birinin ciddi xəsarət aldığı, amma həyati təhlükəsinin olmadığı bildirilir. Görüntüləri izlədikdən sonra yük maşını sürücüsünün izinə düşən polislər, onu yaxalayamağa müvəffəq olub. Başqa bir nəqliyyat vasitəsilə toqquşmadan qaçarkən insanları ölümlə üz-üzə qoyan şübhəlinin həbs olunacağı gözlənilir./atv
7news.az








