Böyük Britaniyanın Mançester şəhərində sürücü yük maşınını piyadaların üstünə sürüb.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, Trafford rayonunda baş vermiş hadisədə 5 nəfər ağır yaralanıb. Sürücü hadisə yerindən qaçıb. Polis hazırda nəqliyyat vasitəsini axtarır.
Axtarışlara helikopterlər də cəlb olunub.








