RU
Sürücülərin DİQQƏTİNƏ: Yollarda sürət həddi endirildi
10:40
192

Sürücülərin DİQQƏTİNƏ: Yollarda sürət həddi endirildi

Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib.

Bu barədə 7News.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ