RU
Sürücülərin nəzərinə - Bu yol bir neçə gün bağlı olacaq
16:03
543

Sürücülərin nəzərinə - Bu yol bir neçə gün bağlı olacaq

Zığ-Hövsan yolunun tikintisi işləri çərçivəsində Zığ dairəsində yenidənqurma işləri həyata keçirilir. Bu səbəbdən 31 oktyabr səhər saat 10:00-dan etibarən bir neçə gün müddətində dairədə hərəkət məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər.

Hövsan qəsəbəsi istiqamətinə və əksinə gediş-gəlişdə isə hər-hansı bir məhdudiyyət olmayacaq.
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ