RU
Sürücünün yalvarışlarını videoya çəkən yol polisi əməkdaşı İŞDƏN QOVULDU
22:30
723

Sürücünün yalvarışlarını videoya çəkən yol polisi əməkdaşı İŞDƏN QOVULDU

Bu gün sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb.      

7News.az xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət  Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.  
 
Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib. Həmin video sonradan  sosial şəbəkələrdə yayılıb.//apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ