RU
Sürücüsüz yük maşınları
15:39
962

Sürücüsüz yük maşınları

Amerika Birləşmiş Ştatlarının “Otto” şirkətinin yeni layihəsi yük maşını sürücülərini işsiz qoya bilər.

Belə ki, şirkət sürücüsüz yük maşınlarının istehsalına başlayıb.Şirkət rəsmilərinin sözlərinə görə, yük maşınlarının sükanı arxasından insan qalxarsa yollar daha təhlükəsiz, yol-nəqliyyat hadisələri isə daha az olar.  Şirkətin istehsal etdiyi  yük maşını ilk sınaqdan da uğurla çıxıb. İçərisində insanın olmadığı maşınlar sərbəst şəkildə hərəkət edib, döngələri təhlükəsiz şəraitdə dönüb, bütün yol hərəkəti qaydalarına riayət edib.Sürücüsüz yük maşınlarının yaxın bir neçə il ərzində satışa çıxarılması planlaşdırılır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ