RU
15:31
197

"Şuşa qəssabı" öldü

Ermənistanın məşhur hərbçilərindən biri, "Kommandos" və "Dağ tülküsü" ləqəbli general-mayor Arkadi İvanoviç Ter-Tadevosyan ölüb.
 

7News.Az Ermənistan mediasına istinadən bildirir ki, 82 yaşlı Ter-Tadevosyan ağır xəstə idi və İrəvandakı klinikalardan birində ürək-damar çatışmazlığından müalicə alırdı.

Xankəndindəki terrorçu xuntanın "ordu" adlandırdığı silahlı birləşmələrinin yaradıcılarından olan Ter-Tadevosyan 1992-ci ilin 8-9 may günlərində Şuşanın işğal edilməsi əməliyyatının iki müəllifindən biri idi. Digər müəllif isə "Baş Qərargah rəisi" Qurgen Dalibaltayan idi.

Sonralar Ter-Tadevosyan Ermənistan Müdafiə Nazirliyində kadr hazırlığı idarəsinin rəisi və nazir müavini olmuşdu.

"Şuşa qəssabı" kimi tanınan Ter-Tadevosyan Ermənistan Silahlı Qüvvələrinin formalaşmasında aktiv iştirak etmişdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ