7NEWS.az xəbər verir ki, 02 iyun 2022-ci il tarixdə 321 nömrəli tam orta məktəb Şuşa ili ilə əlaqədar "Şuşa, sən azadsan!" adlı ədəbi-bədii tədbirə imza atdı. Möhtəşəm tədbir Aşıq Rza Qobustanlı adına mədəniyyət evində keçirildi. Mədəniyyət evi Aşıq Əli Tapdıqoğlunun rəhbərliyi ilə hər zaman böyük tədbirlərə ev sahibliyi edir. 321 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Qaradağ rayon icra hakimiyyətinin, Qaradağ Gənclər evinin nümayəndələri, şəhid məzunumuz Ələddin Xəlilovun valideynləri, Qobustan qəsəbəsinin qaziləri, qonşu məktəbin rəhbərliyi iştirak edirdilər.
321 saylı tam orta məktəbin Hərbi rəhbəri, 44 günlük Vətən
müharibəsi iştirakçısı, kapitan Verdiyev Azər Rauf oğlu "Şuşa dünən, bu gün və
sabah” mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbirin bədii hissəsini hazırlayan Nağılı Lalənin rəhbərliyi ilə 5-ci,7-ci və
8-ci sinif şagirdləri Qarabağa və Şuşaya həsr olunmuş səhnəciklər nümayiş
etdirdilər.Gözəl qızlarımız "Şuşanın dağları","Xarı
bülbül","Uzundərə","Tərəkəmə"rəqslərini ifa etdilər.
Şuşa mahnısını müxtəlif dillərdə səsləndirən 5-ci sini şagirdlərinin ifasini isə
qonaqlar çox bəyəndilər. Məktəbin şaqraq səsli şagirdi Hüseynova Xanım
"Xudayar" təsnifini və "Azərbaycan" mahnısını xüsusi şövqlə
oxudu
Tədbirin sonunda məktəb rəhbəri Hüseynova Könül iştirakçılara və qonaqlara
xüsusi təşəkkürünü bildirdi.
7NEWS.az












