RU
Şuşa-Xankəndi yolunda hazırda vəziyyət nə yerdədir? - CANLI
10:30
237

Şuşa-Xankəndi yolunda hazırda vəziyyət nə yerdədir? - CANLI

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Hazırda etiraz aksiyası iştirakçılarının sayı artmaqda davam edir.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı şüarlar səsləndirirlər. 

Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri bu axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.

İştirakçılar hələ də Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.

Hadisə yerindən ən son görüntüləri təqdim edirik:


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ