Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələrlə yadda qaldı. Hansı xəbərlər geniş müzakirələrə səbəb oldu? Fevralın 11-də nələr baş verdi?
7News.Az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:
Azərbaycan, Rusiya və İran enerji dəhlizi yaradır
İrana qarşı sanksiyaların aradan qaldırılması İran və Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq. Bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib. Nazir bildirib ki, iki ölkə arasında nəqliyyat sahəsində böyük işlər görülür.
***
Tramp ABŞ-ı hasara almaq istəyir - 8 milyardlıq təklif
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Tramp Meksika ilə sərhəddə divarın tikilməsini təklif edib. Tramp bu layihəyə 8 milyard dollar xərclənəcəyini bildirib.
***
ABŞ-ın 18 ştatı Xocalı faciəsini tanıyıb
ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
***
Benzin tarixə qovuşur - Gələcəyin maşınları (FOTOLAR)
Bu gün dünyada yüksək səviyyədə təkmilləşdirilmiş orta ölçülü elektrik mühərrikli konsept idman avtomobilləri nümayiş olunur.
Bu idman avtomobilləri performans bəxş edəcək transmissiya ilə birlikdə layihələndirilir. Əsas nüans isə avtomobillərin elektrik enerjisi və günəş şüaları ilə işləməsidir.
***
`Dilqəmi görəndə dəhşətə gəldim...` - Şuşadan məktub
“Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Dilqəmin şəklini mənə göstərdilər. Hələ də özümə gələ bilmirəm. Qardaşım tanınmaz hala düşüb”
Bu barədə ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib.
***
`Skype`da virus var – Danışıqlarınız dinlənilir
`T9000` adlanan yeni virus `Skype` istifadəçilərinin danışıqları və şəxsi məlumatlarını yazır. İlk dəfə virus haqqında məlumatı `Palo Alto Networks` şirkətinin ekspertləri yayıblar. Bu zərərli proqramı hətta `Kaspersky`, `Norton`, `AVG` və digər məşhur antiviruslar da aşkarlaya bilmir.
***
***
ABŞ-ın göndərdiyi silahı PKK-ya verən “Ruh” tutuldu
Türkiyənin xüsusi təyinatlı “bordo bereli” hərbi qüvvələri ABŞ ordusunun verdiyi silahları PKK–nın Suriyadakı qolu PYD-nin hərbi birləşməsi olan YPG (Xalq Qoruma Birlikləri) terror təşkilatına çatdıran “Terzi” kod adlı terrorçunu saxlayıb.
***
Prezident ötən il 693 sərəncam imzalayıb
“2015-ci ildə Azərbaycan Prezidentinin qəbul etdiyi sərəncamlardan 43-ü dövlət büdcəsindən, 19-u isə Prezidentin ehtiyat fondundan müxtəlif tarix və mədəniyyət abidələrinin təmiri və bərpası, yolların tikintisi, kənd və qəsəbələrdə infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı olmuş, bu məqsədlər üçün üst-üstə 228 milyon manat vəsait ayrılıb”.
***
Ötən il 800 nəfər ölkəni tərk edib
Ötən il 800 nəfər Azərbaycanı tərk edərək başqa ölkəyə yerləşib.
Bunu AzVision.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov deyib.
***
Rusiyada azərbaycanlı narkodiler tutuldu - Video
Rusiyada narkotik alveri ilə məşğul olan azərbaycanlı tutulub. 41 yaşlı azərbaycanlı Naxodka şəhərinin Pastışev küçəsində saxlanılıb. Əməliyyatın keçirilməsində xüsusi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin, həmçinin cinayət axtarış şöbəsinin əməkdaşları və kinoloqlar cəlb olunublar.
***
ABŞ-da prezidentliyə namizədi `sendiviç` etdilər – VİDEO
ABŞ prezidentliyinə namizədlərin Nyu Hempşirdə keçirilən ilkin seçkilər nəticələrlə yanaşı, maraqlı məqamla yadda qalıb. Belə ki, `MSNBC` telekanalının aparıcı Kris Hayes (Cris Hayes) Demokratlar Partiyasından prezidentliyə namizəd Berni Sandersin (bernie Sanders) adını açıqlayarkən onu səhvən Berni Sendiviç adlandırıb.
***
Əliyev və Kaladze İrana gedir
İran həm Gürcüstan, həm də Avropaya qaz tədarük etməyə hazırdır. Bu barədə İranın Gürcüstandakı səfiri Abbas Taleb `Rezonansi` qəzetinə müsahibəsində bildirib.
***
Cavid Qurbanov 30 yeni sərnişin vaqonu alır
“Bakı-Tbilisi-Qars dəmir yolu üçün bu ilin yayında Azərbaycana Stadler Rail Group şirkətinin yataq tipli ilk on sərnişin vaqonu gətiriləcək”. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
*** 
Papanın göydə uçan papağı... - Ötən gün FOTOLARDA
AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir:
***
Rövnəq Abdullayev işçilərin 40 min borcunu bağışladı
SOCAR prezidenti Rövnəq Abdullayev bir neçə gün öncə gənc neftçilərlə görüşüb.
***
Polisin tapa bilmədiyi oğlanı azərbaycanlı falçı tapdı - FOTO
Astanada Ust-Kamenqorsk şəhərində 23 yaşlı tələbə Yerasıl Aubakirov itkin düşüb. Fevralın 3-də itkin düşən tələbə Astanada Tibb Universitetinin 6-cı kursunda oxuyurmuş. Astana polisi onun cəsədinin fevralın 10-u axşam saatlarında tapıldığını açıqlayıb. Məlum olub ki, onun cəsədinin yerini Azərbaycandan Astanaya çağırılan ekstrasens Kamran Səmədov deyib.
***
Azərbaycanda məmurlara bahalı hədiyyə almaq qadağan edildi
Naxçıvan Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları”nı təsdiq edib. Qaydaya əsasən dövlət qulluqçusu tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (və ya hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır.
***
“NAZ-Lifan” qiymətləri qaldırır
Bu ilin sonunadək Naxçıvan Avtomobil Zavodunda əlavə 7 “NAZ-Lifan” modelinin istehsalına başlanması planlaşdırılır. Hazırda zavodda 10 modeldə “NAZ-Lifan” avtomobili istehsal olunur. Respublikada sifarişlərin artması nəzərə alınaraq zavod model sırasını genişləndirməyi nəzərdə tutur. Bu barədə Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev məlumat verib.
*** 
`Qarabağda status-kvo davamlı deyil` - ABŞ-ın ATƏT-dəki səfiri
"ABŞ ATƏT məkanında həlli uzadılmış münaqişələrin həllinə dəstək səylərinin daim bu təşkilatın gündəmində qalmalı olduğunu hesab edir". Bu sözləri ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Vyanada keçirilən ATƏT-in Daimi Şurasının iclasında deyib.
***
ATƏT PA-da Cənubi Qafqaz üzrə təyinat
Kristian Vigen ATƏT PA-nın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub. Bu barədə ATƏT Parlament Assambleyasının baş katibi Roberto Montellanın Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovaya ünvanladığı təşəkkür məktubunda deyilir.
***
`Bu iddialar tamamilə əsassızdır` - XİN-dən təkzib
"Wanderlust" adlı səyahət jurnalının tərtib etdiyi "Dünyanın ən çətin viza alınan on ölkəsi" siyahısına Azərbaycan Respublikasının daxil edilməsini düzgün və obyektiv hesab etmirik. Jurnalın hansı meyar və məlumat əsasında bu siyahını hazırlaması və Azərbaycanı ora daxil etməsi ciddi sual doğurur". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən “Wanderlust” jurnalının tərtib etdiyi qeyri-obyektiv siyahıya münasibət bildirərkən deyiblər.
`Hazırkı status-kvo təhlükəlidir` - Araz Əzimov
***
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyaya səfəri çərçivəsində Vyanada ATƏT-in Daimi Şurasının iclasında çıxış edib. Araz Əzimov Cənubi Qafqazda hazırkı təhlükəsizlik çağırışları barədə danışıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında Minsk qrupunun fəaliyyətinin canlandırılmasının vacibliyini diqqətə çatdırıb.
***
NATO Türkiyə sahillərinə hərbi gəmilər göndərir
NATO gəmiləri imiqrant böhranının qarşısını almaq üçün Egey dənizinə yola düşüb. NATO insan qaçaqçılığının qarşısını almaq üçün 3 hərbi gəmisini Türkiyə sahillərinə göndərib.
*** 
Müsəlman qız dünyanın ən gənc naziri oldu
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir, Dubay Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum federal hökumətin yeni tərkibini təsdiq edib. Hökumətin tərkibinə ölkənin gənclər naziri təyin olunan 22 yaşlı Şamma Əl-Mazrui də daxildir.








