RU
Şuşada TDT-nin audiovizual media üzrə Niyyət Bəyannaməsi imzalanıb - YENİLƏNİB
13:08
36

Şuşada TDT-nin audiovizual media üzrə Niyyət Bəyannaməsi imzalanıb - YENİLƏNİB

Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsi imzalanıb.

7NEWS.Az xəbər verir ki, Türkiyə tərəfinin təqdim etdiyi Konsepsiya müzakirə edilib və son nəticədə Niyyət Bəyannaməsi imzalanıb.

11:29

Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı davam edir.

7NEWS.Az xəbər verir ki, bu gün Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsinin imzalanması üçün hazırlıqlar başlayıb.

Oktyabrın 27-də Toplantının Bakıda keçirilən iclasında razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalama mərasiminin keçirilməsi planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ