RU
Şüşə platforma çökdü
16:33
565

Şüşə platforma çökdü

Maltada əyləncə mərkəzlərinin birində baş verən qəza ortaya dəhşətli görüntü çıxarıb.

Yüzlərlə insanın rəqs etdiyi məkanda, şüşə platformanın çökməsi nəticəsində bir-birinin üzərinə yıxılan azı 74 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş verdiyi an həvəskar kameradan saniyəbə-saniyə lentə alınıb. 

Görüntülərdə izdihamın çaşqınlığı, insanların qorxu və təşvişlə qışqırdığı öz əksini tapır. Elə bu vaxt platforma qopur və insanlar ayaqlar altına düşür…

Peysvil şəhərindəki olaydan sonra aparılan ilkin araşdırmalar maraqlı faktın üstünü açıb. Sən demə, əylənmək üçün gecə klubuna gələnlərdən biri, adamların daha çox toplandığı istiqamətə gözyaşardıcı qaz atıb. Qorxaraq qaçmağa çalışan müştərilər sıxlıq yaradıb və nəticədə ağırlığıa davam gətirməyən şüşə platforma çöküb.

Hadisə ilə bağlı iki nəfər şübhəli qismində nəzarətə götürülüb. Olayın araşdırılması üçün istintaq komissiyası yaradılıb./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ