Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakinləri Samid Tahirov (1988-ci il təv.), Elnur Muradov (1993-cü il təv.) və Nahid Razıyevin
(1994-cü il təv.) CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
7news.az xəbər verir ki, bu il sentyabrın 9-da saat 4 radələrində maskalı şəxslər Şüvəlan qəsəbəsində Şövkət Həşimova (1946-cı il təv.) məxsus bağ evinə pəncərədən daxil olan naməlum şəxslər ev sanibəsi ilə rastlaşıblar və buna görə onu itələyərək, yerə yıxıblar. Özlərini itirən qarətçilər hadisə yerindən qaçıblar. Hadisə ilə əlaqədar zərərçəkən Xəzər RPİ 1-ci polis blməsinə məlumat verib. Xəzər RPİ Cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılaraq, istintaqa təqdim edilib.
Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktı elan edib, daha sonra təqsirləndirilən şəxslər sərbəst ifadə veriblər.
Proses davam edir.









