RU
Suyun altında evləndilər
15:03
1250

Suyun altında evləndilər

Türkiyənin Sakarya şəhərində dünyanın ən qəribə nikah mərasimlərindən biri keçirilib.

7News.Az xəbər verir ki, ailə həyatı qurmağa qərar verən  Volkan Türk və Derya Atəş cütlüyü çayın bir neçə metr dərinliyində kəbin kəsdirib. Oksigen balonundan istifadə edərək suya dalan bəylə gəlin burda onları gözləyən   nikah məmurunun suallarını başlarını yelləməklə cavablandırıb.  Nikah Məmuru Volkan və Dəryanın evlənməyə hazır olub-olmadıqlarını üzərinə "bir-birinizi həyat yoldaşı kimi qəbul edirsinizmi?" yazılmış lövhə ilə dəqiqləşdirib. Suyun altında kəbin kəsdirən cütlüyün görüntüləri  bir neçə dəqiqə ərzində ölkədə xəbər  başlığına çevrilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ