RU
Suyun qiyməti ilə bağlı rəsmi açıqlama
18:00
446

Suyun qiyməti ilə bağlı rəsmi açıqlama

Yaxın vaxtlarda ölkədə suyun qiymətinin bahalaşması gözlənilmir.

7News.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.

O bildirib ki, bununla bağlı "Azərsu" Tarif Şurasına müraciət etməyib: "Məsələ gündəmdə deyil. Biz Tarif Şurasına bu barədə müraciət etməmişik".

Qeyd edək ki, "Azərsu" ASC-də brifinq keçirilir. Brifinqdə bildirilib ki, sudan israfçılığın qarşısını almaq üçün hazırlanan tədbirlər planına uyğun olaraq hər bir rayon üzrə yaradılan xüsusi qruplar mayın 1-dən fəaliyyətə başlayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ