Almaniya millisinin futboçusu Bastian Şvaynştayger üçün "Avro-2016"nın yarımfinalında Fransa ilə oyun əlamətdar olub.
7News.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu görüşlə 31 yaşlı yarımmüdafiəçi dünya və Avropa çempionatlarında 38-ci matçına çıxıb. Bununla da o, bu göstəricidə Miroslav Klozeni (37 oyun) geridə qoyaraq böyük turnirlərdə ən çox oynayan milli komanda futbolçusu olub.
Qeyd edək ki, Şvaynştaygerin komandası Almaniya Fransaya 0:2 hesabı ilə uduzaraq Avropa çempionatında mübarizəni dayandırıb.








