RU
Söyüşə görə kişinin boğazını kəsən idmançı xanıma
13:36
957

Söyüşə görə kişinin boğazını kəsən idmançı xanıma

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O çıxışında Səringül Ramazonavanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Səringül Ramazanova son sözlə çıxış edərək bildirib ki, əməlindən peşmandır və məhkəmənin ədalətinə güvənir. Hakimlər kollegiyasının hökmünə əsasən Səringül Ramazanova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl keçən il oktyabrın 10-u Novxanı qəsəbəsində baş verib. Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub. A.Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib. Bildirilib ki, Səringül Ramazanova qaydasız döyüş idman növü ilə məşğul olub. Dəfələrlə yarışlarda iştirak edib. Hadisədən sonra 20 yaşlı qız ilkin ifadəsində dünyasını dəyişən 31 yaşlı A. Məmmədovu ona və ailəsinə nalayiq sözlər dediyinə görə, bıçaqladığını və əməlinə görə peşman olmadığını bildirib: "Məni təhqir etdi, dedim ki, Anar, o söyüşü sənə yedizdirəcəyəm. Sonra məni şillələməyə başladı. Bu, mənə lap pis təsir etdi, bıçağı götürüb üstünə yeridim. Bıçağı qarnına soxmaq istəyəndə, obyektin sahibi gəldi. Əlimi geriyə çəkəndə oğlanın boğazı kəsildi. Mənim nəslimi söydü, peşman deyiləm. Özümü təqsirli sayıram, amma peşmanlıq çəkmirəm. Başqası olsaydı da, eyni şeyi edərdim”./lent.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ