RU
14:20
551

"Söz verdi ki, sənə 10 karopka verəcəm, çəkərsən" - VİDEO

Keçmiş məhkum narkotiklə saxlanıldı 

 


Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini əvvəllər məhkum olunmuş Ramil Nəzərov saxlanılıb.
7News.az xəbər verir ki, şəxsin üzərinə baxış zamanı 4 kibrit qutusunda qablaşdırılan ümumi çəkisi 10 qramdan artıq olan qurudulmuş marixuana, əlavə olaraq əlindəki iki çantadan isə 19 kiloqram 470 qram marixuana aşkar edilərək götürülüb.

İlkin ifadəsi zamanı Nəzərov narkotik vasitə aludəçisi olduğunu və narkotik tərkibli bitkiləri hələlik adı istintaqa bəlli olmayan şəxs tərəfindən alaraq, Şamaxı rayonundan paytaxta satış məqsədi ilə gətirdiyini bildirib: "Xocasənin kruquna çataçatda, mənə 4 karopka verdi. Dedi bu narkotikdi. Özüm istifadə eliyənəm. Dedi bunları çəkərsən. Sumkadakılar da narkotikdir. Əvvəl söz verdi ki, 10 karopka sənin çəkməyin üçün verəcəm. Arxayın ol. Sonra da gəldim bazarın yanında polislər tutdu məni".

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Cinayətdə iştirak edən digər şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./ARB TV

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ