7NEWS.az xəbər verir ki, Hindistanda yağan leysan yağışlar ölkənin məşhur görməli yerlərindən biri olan Tac Mahala təsir edib. Ölkənin şimal bölgəsində yerləşən Yamuna çayının daşması nəticəsində Tac Mahalı su basıb. Turistlərin böyük marağına səbəb olan tarixi binanın həyətyanı sahəsi su altında qalıb. Yerli rəsmilər bildiriblər ki, sel suları sonuncu dəfə 45 il əvvəl çayın daşması nəticəsində Tac Mahalın divarlarına çatıb. Hindistan rəsmiləri iqlim böhranı səbəbindən güclü yağışların tez-tez yağacağını vurğulayıblar.
7NEWS.az








