RU
128 gündür komada olan qazimiz şəhid oldu
21:09
196

128 gündür komada olan qazimiz şəhid oldu

Vətən müharibəsində yaralan və 4 aydan çoxdur komada qalan İsmayılzadə Tacəddin Vüqar oğlu şəhidlik zirvəsinə ucalıb.

"Qafqazinfo" xəbər verir ki, şəhidimiz sabah saat 14:00-da Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

 

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb. 

Allah rəhmət eləsin!

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ