RU
Tacikistanda leysan yağışları nəticəsində ölənlərin sayı 20 nəfəri ötüb
16:40
76

Tacikistanda leysan yağışları nəticəsində ölənlərin sayı 20 nəfəri ötüb

Tacikistanda leysan yağışları və onların səbəb olduğu sellərin fəsadlarından ölənlərin sayı 21 nəfərə çatıb.

7News.Az "Asia-Plus”a istinadən xəbər verir ki, bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar Komitəsinin (FHK) mətbuat mərkəzi məlumat yayıb.

Son sutka ərzində Vəhdət şəhərində 2, Varzob rayonunda isə daha 2 nəfərin meyiti tapılıb, onların arasında 40 günlük uşaq da var.

Bu günə olan məlumata görə, təbii fəlakət nəticəsində Vəhdət şəhərində ümumilikdə 17 nəfər, Rudaki və Varzob rayonlarının hər birində isə 2 nəfər ölüb.

Meyitlər şəxsiyyətlərinin müəyyən edilməsi üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bazar günü Tacikistanda güclü leysan yağışları selə, subasmaya və qayaların uçmasına səbəb olub. FHK-dan verilən məlumata görə, ölkənin bir sıra rayonlarında yollar bağlanıb, evlər və tikililər su altında qalıb, çirkli sular onlarla avtomobilə ziyan vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ