RU
Tacikistandan İlham Əliyevə
10:52
350

Tacikistandan İlham Əliyevə

Tacikistanın xarici işlər nazirinin müavini Pərviz Davlatzoda yanvar ayının 27-də Azərbaycanın Tacikistandakı səfiri Abbas Əli Həsənovu qəbul edib.

Bu barədə 7News.Az “ASIA Plus”a istinadən xəbər verir.

Tacikistanın Xarici İşlər Nazirliyinin informasiya departamentinin məlumatına görə, görüş zamanı Tacikistan tərəfi Azərbaycan hökumətinə və xalqına Dağlıq Badaşxan Muxtar Vilayətində baş verən zəlzələdən sonra göndərilən humanitar yardıma görə təşəkkür edib və ölkə prezidentinin Azərbaycanın dövlət başçısına ünvanlanan müvafiq məktubunu təqdim edib.

Görüş zamanı atmosferdə ikitərəfli və regional aktual məsələlər müzakirə edilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ