RU
Tacikistanın Çinlə sərhədində 7,2 bal gücündə zəlzələ baş verib
15:14
47

Tacikistanın Çinlə sərhədində 7,2 bal gücündə zəlzələ baş verib


7NEWS.az xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, Tacikistanın Çin sərhədindəki dağlıq Bədəxşan muxtar bölgəsində 7,2 bal gücündə zəlzələ baş verib. Bildirilib ki, 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra hələlik can və mal itkisi ilə bağlı məlumat yoxdur. ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasının 6,8 olduğunu açıqlayıb və zəlzələnin episentrinin Tacikistanın Murqob şəhərinin 67 kilometr qərbində olduğu məlumatını paylaşıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ