Tacir Şahmalıoğlunun evində xeyir iş olacaq.
Bu haqda müğənni "Tarixin bir günü" verilişində deyib.
"Oğlum qızı sevib, mən də qapısına getmişəm. Tanış olmuşuq, bizdən zaman istəyiblər. Hələ ki, bir-birilərini tanıyırlar. Bəlkə heç alınmayacaq? İnşallah xeyirlisi olsun. O qədər yaxşı insanlardır ki, qızı da çox bəyənmişəm. İnşallah üç dənə toy edəcəyəm" - deyə sənətçi bildirib.








