Krımda azərbaycanlılar, taekvando üzrə vaxtilə Avropa çempionatının mükafatçıları olmuş Üzeyir və Teymur Abdullayevqardaşları terrorçuluqda ittiham olunaraq həbs olunublar.
7news.Az Report-a istinadən xəbər verir ki, Simferepol şəhər məhkəməsi onlar barəsində həbs qətimkan tədbiri seçib.
Həbs qətimkan tədbirinin müddəti 2017-ci il martın 11-də başa çatacaq.
Qardaşlar dini radikalizm adı altında terror planının həyata keçirilməsində, buna rəhbərlik edilməsində ittiham olunurlar. Keçmiş çempionlar barəsində Krım vilayəti Cinayət Məcəlləsinin 215.5 maddəsi (terrorçuluq) ilə cinayət işi qaldırılıb.
Onlarla bərabər daha bir neçə nəfər saxlanılıb. Qardaşların ailəsi ittiham ilə razılaşmır, onların yalnız dini ibadət ilə məşğul olduğunu bildirirlər.
Qeyd edək ki, hər iki qardaş 1996-cı ildən Krımda yaşayır, hər ikisi Azərbaycan vətəndaşıdır. Qardaşlar ötən əsrin 90-cı illərində Azərbaycanı taekvando üzrə Avropa çempionatında təmsil edərək mükafat qazanıblar.








