Tokio-2020 Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb.
7News.Az xarici mediaya istinadla xəbər verir ki, Çili taekvondoçusu Fernanda Aqirre koronavirus üzündən yarışlardan kənarlaşdırılan ilk idmançı kimi tarixə düşüb.
Çili Olimpiya Komitəsi Aqirrenin özünü yaxşı hiss etdiyini, lakin 10 günlük karantina alındığını bildirib.
Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.









