RU
Taekvondoçumuz qalib oldu
23:07
569

Taekvondoçumuz qalib oldu

Bu gün Bakıda taekvondo üzrə "Qran-pri" turnirinin final mərhələsi start götürüb.

7news.Az xəbər verir ki, ilk gündə dayanq üzərinə Azərbaycan yığmasının iki üzvü çıxıb.

Komandamızın üzvü Milad Beigi Harçeqani (80 kq) 1/8 finalda avstriyalı Hayder Şkaranı sınağa çəkib. Qarşılaşma təmsilçimizin üstünlüyü ilə keçib. İlk raundda 8:0 hesabı ilə öndə olan Harçeqani növbəti hissədə üstünlüyü 14:0-a çatdırıb və vaxtından əvvəl qalib elan olunub. Olimpiya mükafatçımız 1/4 finalda cənubi koreyalı Heyeon-Vu Kimlə üz-üzə gəlib. Bu rəqib də taekvondoçumuza müqavimət göstərə bilməyib. Harçeqani asiyalını 17:1 hesabı ilə məğlub edib.

O, yarımfinalda meksikalı Rene Lizarraqa ilə qüvvəsini sınayıb. Harçeqani bu rəqibi də dayanq üzərinə çıxmağa peşman edib və görüşü vaxtından əvvəl xeyrinə bitirib. 18:0 hesablı üstünlük Miladı ikinci raundda finala yüksəldib. İdmançımız həlledici görüşdə də misirli Seif Eissaya göz açmağa imkan verməyib. Azərbaycan taekvonduçusu bu dəfə də vaxtından əvvəl qələbəyə sevinib. 3-cü raundun əvvəlində hesabı 12:0-a çatdıran Harçeqani Qran-pri turnirinin qalibi olub.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ