RU
Tahir Əkbər reanimasiyaya yerləşdirildi
11:11
844

Tahir Əkbər reanimasiyaya yerləşdirildi

“Qohumları ona dəstək olmurlar”.

Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər sentyabrın 9-da Respublika Neyrocərrahiyyə Xəstəxanasında ikitərəfli xroniki baş-beyin substral hematoma xəstəliyindən əməliyyat olunub.

Əməliyyat uğurla keçsə də 70 yaşlı bəstəkarın vəziyyəti sonrdan ağırlaşıb. Hazırda reanimasiyaya yerləşdirilib.

Bu haqda bəstəkarın ailəsinin yaxın dostu, şairə Rəsmiyyə xanım məlumat verib:

“Hazırda reanimasiyadadır. Qohumları ona dəstək olmurlar. Xəstəxanada daim onun yanında həyat yoldaşı ilə qızı olur”./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ