“Tahir Əkbərin beyin əməliyyatı uğurla nəticələnib”.
Bunu bəstəkarın həyat yoldaşı bildirib.
O, qeyd edib ki, T.Əkbər hazırda Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsindədir:
“Əməliyyat iki saatdan çox çəkdi. Həkimlərin ilkin rəyi bu oldu ki, əməliyyat uğurla nəticələnib. Yəni, Tahir müəllim bundan sonra yaradıcılıq işləri ilə məşğul ola biləcək”.
Bəstəkarın həyat yoldaşı deyib ki, T.Əkbər sabah reanimasiyadan palataya köçürüləcək.
Xatırladaq ki, bəstəkarın beyninə qan yığılmışdı./axsam
7news.az








