RU
Tahir Əkbərin səhhəti barədə
16:36
755

Tahir Əkbərin səhhəti barədə

Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alır.

Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin sentyabrın 9-da Respublika Neyrocərrahiyyə Xəstəxanasında ikitərəfli xroniki baş-beyin substral hematoma xəstəliyindən əməliyyat olunması və reanimasiyaya yerləşdirilməsi barəsində xəbər vermişdik.

Bəstəkarın həyat yoldaşının verdiyi məlumata görə, Tahir Əkbər artıq reanimasiyadan çıxarılıb:

“Hazırda səhhəti əvvəlki günlərdən yaxşıdır. Yemək yeyir, danışır. Bəstəkara göstərdikləri diqqət və qayğıya görə Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşova və bütün tibbi personala təşəkkür edirəm”.

Qeyd edək ki, bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub.

Onun mahnıları nəinki Azərbaycan, hətta qardaş Türkiyə müğənnilərinin də ifalarında sevə-sevə səslənib. Buna misal olaraq Nəşə Karaböcəyi göstərə bilərik. Türkiyədə məşhur olan bu müğənni bəstəkarın “Heç küsməyin yeridirmi?“ mahnısını hər zaman repertuarına salıb.

Tahir  Əkbərin “Amin“ mahnısı müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb.

Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində Tahir Əkbərin “El oğlu, hay ver...“ əsəri 26 ölkədən finala çıxan qaliblərdən biri olub. Bunun davamı kimi Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Həmrəylik“ himni xor və simfonik orkestrin ifasında səslənib. /oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ