RU
Tailanda yeni doğulan körpələrə qoruyucu lövhə taxıldı – GÜNÜN FOTOSU
21:45
381

Tailanda yeni doğulan körpələrə qoruyucu lövhə taxıldı – GÜNÜN FOTOSU

Koronavirus pandemiyası ilə əlaqədar hər bir ölkədə müxtəlif qoruyucu tədbirlər həyata keçirilir, karantin tətbiq olunur, hamının maska taxması tələbi irəli sürülür.

Maraqlı hadisələrdən biri isə Tailandın paytaxtı Banqkokda yaşanıb. Yerli Praram 9 xəstəxanasından evə buraxılan iki körpənin başına onları koronavirusdan qorumaq üçün xüsusi lövhələr taxılıb.

Xəstəxananın verdiyi açıqlamada qeyd olunur ki, tibbi bacıları körpələri evə buraxarkən onlardan birinin anası taksi yaxud ictimai nəqliyyatla gedəcəyini bildirib. Narahat olan tibb bacıları, əl altında olan vasitələrdən körpələr üçün qoruyucu lövhələr hazırlayıblar.

"Qoruyucu lövhələr müvəqqəti müdafiə üçün nəzərdə tutulmuşdu”, - deyə, xəstəxanadan bildiriblər və əlavə ediblər ki, bu lövhəciklər adətən bütün körpələrə verilmir və yalnız evə səfərlə bağlı "unikal hal” üçün nəzərdə tutulub.




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ