Tailandda çimərlikdə siqaret çəkmək qadağan edilə bilər.
Bu barədə ölkənin Dəniz və Sahil Sərvətləri Departamentinin rəhbəri Çatupxon Burapxat məlumat verib. Onun sözlərinə görə, qurum qadağanı noyabrın əvvəlindən həyata keçirməyi planlaşdırır. Buraxpat bildirir ki, məqsəd dəniz və sahil sərvətlərinə vurulan ziyanı aradan qaldırmaqdır./qafqazinfo
7news.Az








