Tailandda turistik zonada ard-arda partlayışlar baş verib.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, 30-a yaxın yaralı var. Artıq bir nəfər şübhəli olaraq saxlanılıb.
Baş nazir bu gün səhər bütün turistik zonalarda, şəhərlərdə, insanların sıx toplaşdığı yerlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırıq verib.
Hələ ki, baş verənlərlə bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Yerli polis baş verənləri terror hadisəsi hesab etmir.












