RU
TAK Türkiyədəki terror aktlarına məsuliyyəti öz üzərinə götürdü - Fotolar
21:00
451

TAK Türkiyədəki terror aktlarına məsuliyyəti öz üzərinə götürdü - Fotolar

Türkiyədə Beşiktaş və Kayseridə törədilmiş terror aktlarına məsuliyyəti PKK-nın qolu olan TAK (Kürdüstan Azadlıq Şahinləri -Teyrêbazên Azadiya Kurdistan) terror təşkilatı öz üzərinə götürüb.

 TAK Beşiktaşdakı terroru "Şervan Şoreş Derveş” kod adlı Kadri Kılınç və "Andok Serhat” kod adlı Burak Yılmazın, Kayseridəki terror aktını isə "Çektar Xebat” kod adlı Kasım Yıldırım Çakar adlı terrorçuların həyata keçirdiyini bəyan edib.

Xatırladaq ki, dekabrın 10-da "Beşiktaş” stadionun qarşısında baş vermiş terror aktları nəticəsində 45 nəfər şəhid olub, 155 nəfər yaralanıb.

Dekabrın 17-də Kayseridə əsgərlərin olduğu avtobusun partladılması nəticəsində isə 14 əsgər şəhid olub, 55-i xəsarət alıb./qafqazinfo

 

7news.Az

Burak Yavuz və Kadri Kılınç

Kasım Yıldırım Çakar


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ