RU
Taksi sürücüsünün 150 manatını alıb qaçdı - BAKIDA QARƏT
13:40
295

Taksi sürücüsünün 150 manatını alıb qaçdı - BAKIDA QARƏT

Bakıda taksi sürücüsü naməlum şəxs tərəfindən qarət edilib.

Hadisə Xətai rayonu ərazisində baş verib.

 

1991-ci il təvəllüdlü Həsənov Fuad Elçin oğlu polisə müraciət edərək bildirib ki, taksi sürücüsü kimi idarə etdiyi "Hyundai Accent" markalı 99 KL 207 dövlət nömrə nişanlı avtomobillə tanımadığı bir sərnişini sifariş əsasında Xətai rayonu, Sarayeva küçəsi, ev 13-ün qarşısına gətirdiyi zaman sərnişin onun 150 manat pulunu əlindən alaraq qaçıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb./trend

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ