RU
Taksidə qanlı dava
10:30
504

Taksidə qanlı dava

Bakının Nizami rayonu ərazisində 29 yaşlı kişini bıçaqlayıblar.

Hadisə metronun "Neftçilər" stansiyası yaxınlığında, Qara Qarayev prospektində olub. Həmin ünvanda qarın nahiyəsindən bir bıçaq xəsarəti alan 1988-ci il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Məlumata görə, Ə.Miriyev taksidə olarkən bir nəfərlə mübahisə edib və nəticədə həmin şəxsin bıçaqlı hücumuna məruz qalıb. Hadisənin təfərrüatlarını 25-ci Polis Bölməsi araşdırır.
 
Qeyd edək ki, Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşıdır./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ