RU
13:49
901

"Taksiyə minməkdənsə, ölsəm yaxşıdır" - Rəqsanə

Müğənni Rəqsanə İsmayılova uzun müddətdir sənətdən uzaqlaşan həmkarı Samir Bağırovla bir araya gəlib.

Sənətçi “Onlar”a açıqlamasında S.Bağırovun onun dəstəyi ilə yenidən sənətə qayıdacağını bildirib:

“Mənə zəng etdi ki, səninlə görüşmək istəyirəm. Restoranda oturduq, söhbət etdik. Çox pis oldum. Samirin gözəl sənəti var. Uşaq-muşaq bu aləmdə at oynadır, o batıb. Ona nə etdiyimi, nə istədiyini deməyəcəm. Mən imkansız olanda, ağır gün keçirəndə heç kim yığıb halımı soruşmadı. Deniz Seki həbsxanadadır, bütün türkiyəli ifaçılar ona dəstək olur. Bizdəkilər isə biri yıxılan kimi başından vurmağa çalışır. Samir çox inciyib. Deyir, “Neçə müğənniyə dəstək olmuşam. Heç biri məni yada salmadı”. Samir yaşlanıb. Qara gün adamı pis hala qoyur. Onu bu halda görmək istəməzdim. Ürəyim ağrıdı. Samir Bağırov bir jurnalistin evində qalır. O, xanım Samirə təmənnasız kömək edir.

Biz sənətçilər şan-şöhrətə öyrəşmişik. Pul azalanda depressiyaya düşürük, yaşamaq istəmirik. Sabah maşınım olmasa, taksiyə minmək məcburiyyətində qalacam. Onda mən nə hala düşərəm? Demək yoxam da həyatda. Taksiyə minməkdənsə, ölsəm yaxşıdır. Taksidə getmək ayıb deyil, sadəcə, bu dəbdəbəli həyata öyrəşmişik”.

R.İsmayılova S.Bağırova mahnı hədiyyə etdiyini bildirib:

“Samirə iki mahnı hazırlayıram, aranjiman da etdirmişəm. Bir mahnını da duet kimi səsləndirəcəyik. Bundan sonra Samir gündəmdə olacaq”. /axsam

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ