RU
Talassemiya xəstələrinin övladları qanazlığından əziyyət çəkə bilərlər
17:50
488

Talassemiya xəstələrinin övladları qanazlığından əziyyət çəkə bilərlər

"Qanazlığı uşağın inkişafında ləngimələrə səbəb olur”.

Bu sözləri Səhiyyə Nazirliyinin "Instagram” səhifəsində canlı yayımda nazirliyin mütəxəssis eksperti, pediatr Tərlan Əyyubov deyib.

Həkimin sözlərinə görə, anemiya hüceyrələrin bölünməsində, zülalların sintezində, maddələrin qəbulunda problemlər yaradacaq:

"Orqanizmi dəmirlə lazımi dərəcədə təmin etməliyik. Tərkibində dəmir olan qidalara üstünlük verməliyik. Yox, əgər dəmir aşağı düşübsə, dəmir tərkibli preparatlara müraciət etməliyik”.
T.Eyyubov qeyd edib ki, anemiya xəstəliyi müxtəlif yaş kateqoriyasında olan uşaqlarda rast gəlinə bilər:

"İrsdən-irsə keçə bilər. Bir çoxunun valideynləri talassemiya xəstəliyindən əziyyət çəkirlər. Bütün bunlar qanazlığına gətirib çıxarır”.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ