RU
Taliban 12 yaşlı qızı canlı bomba kimi böyüdüb
21:42
344

Taliban 12 yaşlı qızı canlı bomba kimi böyüdüb

Əfqanıstanlı 12 yaşlı uşaq polisə dəhşətli ifadə verib.

Əfqanıstanın Fəryab əyalətində üstündəki bomba ilə birlikdə təslim olan 12 yaşlı qız polisə təslim olub.

Fəryab polis müdürü qızın ifadələri ilə bağlı açıqlama verib.

Balaca qız polisə verdiyi ifadədə ailəsinin onu Talibana 10 min dollar qarşılığında satdığını bildirib.

Kamikadze kimi böyüdülmək üçün Taliban qruplaşması onu öz düşərgələrinə aparıb.

Balacaq qız ifadəsində "Düşərgədə mənim kimi onlarla uşaq var. Onlar kafirləri partlatmaqla cənnətə gedəcəyimizi dedilər. Mənə də polis mərkəzini partlatmaq tapşırıldı. Mən isə təslim olamğı seçdim" deyib./musavat

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ