Taliban ABŞ ordusunun 80 mlrd dollardan çox dəyərində olan təyyarələrini, helikopterlərini, tanklarını, zirehli digər hərbi texnikaların və silah-sursatlarını qənimət kimi ələ keçirib.
7NEWS.Az xarici mediaya istinadən xəbər verir ki, bu gün sonuncu ABŞ hərbçisi Əfqanıstanı tərk edib və ardınca ölkədə çoxsaylı hərbi texnika, silah-sursat qoyub gedib. Talibana qalan hərbi texnika və silah-sursatın 80 mlrd dollardan yuxarı olduğu bildirilir.
Talibançılar ələ keçirilən hərbi qənimətlərlə fotolar çəkərək poz veriblər. Onlar Kabildə hava limanında ABŞ-a məxsus C-130 Hercules nəyqliyyat təyyarəsində fotolarını çəkdirib paylaşıblar.
ABŞ mediası hökumətdən bunun hesbatını tələb edib.








