Taliban Əfqanıstanda bərbər və gözəllik salonlarının bağlanmasını əmr edib.
7NEWS.az xəbər verir ki, Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən bəri Əfqanıstanda qadınların hüquq və azadlıqları müntəzəm olaraq məhdudlaşdırılır. Qadınların sinif otaqlarına, idman zallarına və parklara girməsini qadağan edən təşkilat yalnız gözlərinin görünməsi üçün örtük taxmağı məcbur edib. Həmçinin ölkədə qadınların kişisiz 72 kilometrdən artıq məsafə qət etməsi qadağandır.
Administrasiyanın son addımı bərbər və gözəllik salonlarının bağlanmasıdır. Təşkilat eyni qadağanı sonuncu dəfə hakimiyyətdə olduğu 1996-2001-ci illər arasında gətirmişdi.
7NEWS.az








