RU
Taliban bu şəhəri təslim etmir: qanlı döyüşlər gedir
01:18
478

Taliban bu şəhəri təslim etmir: qanlı döyüşlər gedir

Taliban döyüşçüləri Kunduz şəhərindəki Bala Hisar qalasını alıblar.

NATO-nun dəstəyinə baxmayaraq, Əfqanıstanın hökumət qüvvələri şəhərə nəzarəti itiriblər, yalnız hava limanı qalır. Bala Hisar qalasında yerləşdirilən təhlükəsizlik qüvvələrinin müqəddəratı isə naməlumdur. İndi də Kunduz şəhəri uğrunda ağır döyüşlər davam edir. Hücumlar nəticəsində Taliban lideri və onun köməkçisi qətlə yetirilib. Taliban bunu inkar edir. “BBC Azərbaycanca” yazıb ki, Kunduzun ələ keçirilməsi, silahlıların 2001-ci ildən bəri əldə etdiyi ən böyük qalibiyyətdir. ABŞ şəhərin tutulmasını uğursuzluq adlandırıb.  Kunduz polis rəisinin sözçüsü Seyid Sərvər Hüseyni isə “Röyters” agentliyinə bildirib: “Yüzlərlə Taliban silahlısı qətlə yetirilib və onların cəsədləri küçələrdədir”. Lakin Talibanın yaydığı videoda silahlılar şəhərdə ələ keçirdikləri tankları, zirehli texnika və polis maşınlarını nümayiş etdirib. Bir şahidin “BBC”-yə bildirdiyinə görə, Taliban və küçə döyüşlərindən ehtiyat edən sakinlər evlərini tərk etmirlər. Talibanın yeni lideri Molla Axtar Mənsur bildirib ki, hökumət məğlubiyyətini etiraf etməlidir. Prezident Əşrəf Qani deyib ki, Kunduzun geri qaytarılmasında irəliləyiş var. Lakin Talibanın yerli sakinlərdən canlı qalxan kimi istifadə etməsi təhlükəsizlik qüvvələrinə əngəl olur. Qeyd edək ki, NATO Əfqanıstanda döyüş missiyasını dekabrda başa vurub və qoşunların əksəriyyətini ölkədən çıxarıb. Qərb ölkələrinə məxsus qüvvələrin Əfqanıstanı tərk etməsinin ardından ölkədə zorakılıq hallarının sayı artıb. /axar

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ