RU
22:30
589

"Taliban": "Əfqanıstanda KİV-in fəaliyyətinə icazə veriləcək"

"Taliban" sözçüsü Zabiullah Mücahid Əfqanıstanda söz və mətbuat azadlığına hörmət ediləcəyini vəd edib.

Mücahid bildirib ki, informasiya azadlığı cəmiyyət üçün faydalı olacaq və eyni zamanda liderlərin səhvlərini düzəltməyə kömək edəcək.

Xatırladaq ki, 1996-2001-ci illərdə Əfqanıstanda "Taliban" hakimiyyəti dövründə yalnız təbliğat və dini proqramlar yayımlayan radiostansiya (Radio Charia) istisna olmaqla, bütün kütləvi informasiya vasitələri qadağan edilmişdi./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ