RU
Taliban fransız restoranına hücum etdi: yaralılar var
21:45
310

Taliban fransız restoranına hücum etdi: yaralılar var

Taliban terrorçuları Əfqanıstanın paytaxtı Kabildə yerləşən fransız restoranına hücum edib.

7news.az xəbər verir ki, restoranda baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb.

“TOLO Nyus” telekanalının məlumatına görə, yaralılar yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıb, əraziyə polis qüvvələri yeridilib.

Araşdırmalar nəticəsində partlayışı törətməkdə təqsirli bilinən bir nəfər saxlanılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ